Məktəb bacarıqları

Məktəb bacarıqları

3 yaşından 5 yaşa qədər xüsusilə işlənib hazırlanmış məşğələlərdə məktəb yaşlarında zəruri olan əsas ictimai, emosional və intellektual bacarıqların formalaşdırılması. Məşğələlər özünə inam, biliyə maraq, ünsiyyət, səbr və qarşılıqlı əməkdaşlıq bacarıqlarının inkişafına imkan yaradır, məktəb şəraitində uğurlu ünsiyyətin və təlimin əsaslarını qoyur.

School Skills / 3-5 yaş

Yaradıcılıq məşğələləri, həyat bilgisi, oyunlar və buna bənzər fəaliyyətlər köməyilə özünə inam hissinin formalaşması və biliyə həvəsin artırılması. Bu mərhələdə bizim müəllimlərimiz əsas emosional və ictimai vərdişləri başa salan uşaq kitabları oxuyur, müəyyən özünüdərketmə və qarşılıqlı fəaliyyət tələb edən oyunlara uşaqları cəlb edirlər, həmçinin yaşıdların bir-biri ilə ünsiyyət qurmasına kömək edirlər. Məktəbə uğurlu keçid üçün zəruri olan vacib şəxsi və ictimai bacarıqları inkişaf etdirən sərbəst və qrup fəaliyyəti daxildir.

get free classenroll now